İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri başa çatıb
Warning: Undefined array key "phone" in /home/masterapi/news.masterapi.net/partials/admin/extra.php on line 125
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri martın 16-da başa çatıb.
"XəbərAl" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir İrakli Kobaxidzeni Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər yola saldılar.
Heç bir rəy bildirilməyib.