“SpaceX” ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır

“SpaceX” ABS kesfiyyati ucun casus peykler sebekesi yaradir

Warning: Undefined array key "phone" in /home/masterapi/news.masterapi.net/partials/admin/extra.php on line 125

Milyarder İlon Maska məxsus “SpaceX” şirkəti Amerika kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur.

“XəbərAl” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Şirkətin 2021-ci ildə ABŞ Milli Kosmik Kəşfiyyat Agentliyi (Pentaqon yanında - Qeyd) ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına “Starshield” bölməsi cavabdehdir.

Qeyd olunub ki, müqavilə ABŞ Müdafiə Nazirliyinin Quru Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulmuş aşağı orbitli peyk sistemlərinə əhəmiyyətli investisiyalar yatırdığını göstərir.

Razılaşma müvəffəqiyyətli olarsa, “SpaceX” şəbəkəsi ABŞ ordusunun Yer kürəsinin demək olar ki, hər yerində potensial hədəfləri tez aşkar etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Bir şərh bildirin
İmtina et
Heç bir rəy bildirilməyib.
Rəy bildirin