Braziliyanın əfsanəvi futbolçusu Messi ilə Ronaldu arasında seçim edib
Warning: Undefined array key "phone" in /home/masterapi/news.masterapi.net/partials/admin/extra.php on line 125
Braziliyanın əfsanəvi futbolçusu Ronaldo argentinalı Lionel Messi ilə portuqaliyalı Kriştianu Ronaldu arasında seçim edib.
“XəbərAl” xəbər verir ki, ikiqat dünya çempionu və “Qızıl top”un sahibi ənənəvi sualı düşünmədən cavablandırıb.
Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klubunun sahibi olan 47 yaşlı sabiq hücumçu digər cənubi amerikalı Messini ən güclü futbolçu hesab edib. O, eyni zamanda italiyalı Paolo Maldinini ən yaxşı müdafiəçi, fransalı Kilian Mbappeni isə hazırda ən yaxşı hücumçu adlandırıb.
Qeyd edək ki, Lionel Messi ABŞ-ın “İnter Mayami”, Kriştianu Ronaldu isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.
Heç bir rəy bildirilməyib.