Azərbaycan Basketbol Liqası: “Sabah” Cəlilabadda qələbə qazanıb

Azerbaycan Basketbol Liqasi: “Sabah” Celilabadda qelebe qazanib

Warning: Undefined array key "phone" in /home/masterapi/news.masterapi.net/partials/admin/extra.php on line 125

Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib.

“XəbərAl”un məlumatına görə, Cəlilabadda eyniadlı komanda liderlər qrupunda qərarlaşan “Sabah”ı qəbul edib.

Meydan sahibləri güclü rəqibə uzun müddət müqavimət göstərmələrinə baxmayaraq, sonda meydanı məğlub tərk ediblər. 90:76 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 27-yə yüksəldib. “Cəlilabad”ın isə hesabında 20 xal var.

Qeyd edək ki, tura martın 17-də keçiriləcək “Şəki” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Bir şərh bildirin
İmtina et
Heç bir rəy bildirilməyib.
Rəy bildirin